Azərbaycanın bəzi rayonlarına qar və sulu qar yağıb – FAKTİKİ HAVA

Ölkə ərazisində faktiki hava açıqlanıb.

Yenicag.az xəbər verir ki, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Dekabrın 18-i saat 09:00-a olan məlumatına əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə qar yağıb, gecə və səhər saatlarında Abşeron yarımadasının bəzi yerlərində yağış sulu qara keçib. Əsən güclü şimal-qərb küləyi səhər saatlarından 8-13 m/s-dək zəifləyib.
Qar örtüyünün hündürlüyü Şahdağda 16 sm, Daşkəsəndə 15 sm, Şəkidə 14 sm, Əlibəydə (Zaqatala) 13 sm, Ordubadda 11 sm, Sarıbaş (Qax), Gədəbəydə 10 sm, Qrızda 8 sm, Yardımlıda 7 sm, Xaltan, Şamaxı, Lerikdə 4 sm, Göygöl, İsmayıllı, Quba, Qusarda 3 sm, Altıağac, Qobustan, Şahbuzda 2 sm, Qəbələdə 1 sm olub.

COP29