!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın bəzi rayonlarında un qıtlığı yarandı - VİDEO

!Reklam – Yazi

Son vaxtlar unun qiymətinin bahalaşacağı haqda gəzən xəbərlərin ardından ölkəmizin bir sıra bölgələrində un qıtlığı yaranıb.

Vətəndaşların “Xəzər Xəbər”ə müraciətindən sonra məlum olub ki, Zaqatala, Balakən, Qax, Şəki rayonlarında son bir həftədir, un qıtlığı var. Sakinlər bildirirlər ki, satış nöqtələrində un tapmırlar.

Bəs buna səbəb nədir?

Satıcılar unu digər rayonlarda un istehsal edən iri dəyirmanlardan tədarük edirlər. Hal-hazırda isə bu dəyirmanlardan bilinməyən səbəblərdən bir həftədir, un gəlmir.

Sakinlər isə unun olmamasını qiymətinin qalxacağı ilə əlaqələndirirlər.

Hətta Qax rayonunda un tapa bilməyib, qonşu rayona üz tutan sakinlər də var.

Şimal-qərb bölgəsini unla təmin edən MMC-nin Şəki bölməsindən bildirildi ki, respublikada bütün dəyirmanlarda, o cümlədən bu dəyirmanda da ildə bir dəfə profilaktiki sazlama, dezinfeksiya tədbirləri aparılır. Bu, oxşar müəssisələrdə mərhələlərlə aparılır ki, una tələbat pozulmasın.

Müəssisədə bütün tədbirlər artıq başa çatıb və buğda tədarükünə başlanıb.

O da qeyd edilib ki, dəyirman bölgədə olan un tələbatını tam ödəyir.

www.yenicag.az

379
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv