!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərbaycanın bir dənə çürük, qanqren vermiş yeri var” – Elşən Musayev

!Reklam – Yazi

U8Ym45KlC5Jz“Əli Kərimli və onun dəstəsi xəstədir, xəstə insanın isə istefa verib-verməməsinin heç bir fərqi yoxdur”

Adətən hər keçirilən seçkilərdən sonra Azərbaycanda prosesdən məğlub çıxan, parlamentdə yer qazana bilməyən partiyalarda istefaların baş verdiyini müşahidə etmişik. Bu ilki parlament seçkilərində də bir çox siyasi təşkilatlar böyük-böyük danışsalar da, Milli Məclisə nümayəndələrinin seçilməsinə nail ola bilmədilər. Bu fonda gözləmək olarmı ki, seçkilərdə məğlub olan partiyalarda yenidən istefa dalğasına start verilsin?

Yenicag.az-a açıqlamasında Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev suala münasibət bildirərkən, “Azərbaycanda artıq müxalifət deyilən bir şey yoxdur ki, onlarda istefaların baş verdiyini də müşahidə edə bilək”-fikrini səsləndirdi: “Təbii ki, burada söhbət radikal müxalifətdən gedir. Azərbaycanın sanballı müxalifəti parlamentdədir. Ola bilər onlar arasında parlamentdə olmayanları da olsun. Amma hər halda həmin insanlar radikal xislətli birisi deyillər. Azərbaycanda bu gün radikal xislətli müxalifətçi rolunda bircə Əli Kərimli qalıb. Hətta Müsavat belə təkəbbürdən doğan müəyyən addımlar atsa da, hər halda Əli Kərimlinin etdiyini etmir. Azərbaycanda xəstə siyasi təfəkkürə malik olan təşkilat AXCP, onun rəhbəri və ətrafındakı yedəkləridir. AXCP-nin sonuncu qurultayı isə göstərdi ki, Əli Kərimli nəinki istefa vermək fikrindədir, onun tək məqsədi Azərbaycan siyasətində çürümək, ömür boyu müxalifətçi olmaqdır və bu fonda yanındakıları da eyni aqibətə məhkum etməkdən ibarətdir. Əli Kərimli qurultayda artistlik edərək deyirdi ki, guya bir il öncə istefa vermək haqqında fikirləşib. Bu saxta, Əli Kərimlinin qeyri-ciddi ambissiyalarına uyğun gəlməyən bir fikir idi. Əli Kərimli və onun dəstəsi həqiqətən xəstədir. Xəstə insanın isə istefa verib-verməməsinin heç bir fərqi yoxdur. Azərbaycanın bir dənə çürük, qanqren vermiş yeri Əli Kərimli və onun AXCP-dir. Onlar da sona qədər bu cür deyinə-deyinə, onun-bunun arxasınca danışa-danışa və Azərbaycan siyasətində çürüyə-çürüyə qalacaqlar”.

 

ELÇİN

www.yenicag.az

1423
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv