Azərbaycanın bir güləşçisi Avropa çempionu oldu – İkisi bürünc medal qazandı

Azərbaycanın sərbəst güləşçisi Ruslan Abdullayev İspaniyanın Santyaqo de Kompostela şəhərində keçirilən U-20 Avropa çempionatında qızıl medal qazanıb.

Yenicag.az xəbər verir ki, 57 kq-da çıxış edən idmançı finalda moldovalı Anton Vlasla qarşılaşıb. Rəqibinə 10:0 hesabı ilə qalib gələn idmançı qitə çempionu olub.

Azərbaycanın daha bir sərbəst güləşçisi İspaniyanın Santyaqo de Kompostela şəhərində keçirilən U-20 Avropa çempionatında medal qazanıb.

79 kq-da çıxış edən Sadiq Mustafazadə 3-cü yer uğrunda görüşdə türkiyəli Bekir Talib Öveclə üz-üzə gəlib.

Qarşılaşmadan 10:0 hesabı ilə qalib ayrılan Azərbaycan idmançısı bürünc mükafata sahib çıxıb.