Azərbaycanın birbaşa xarici dövlət borcunun məbləği açıqlandı

Bu il aprelin 1-nə Azərbaycanın birbaşa xarici dövlət borcunun məbləği 6 679,7 milyon ABŞ dolları təşkil edib.

Yenicag.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, ilin əvvəli ilə müqayisədə 13,5 milyon dollar və yaxud 0,2 % azdır.

Rəqəmlər xarici borclanma hesabına icrası davam etdirilən layihələr çərçivəsində vəsait istifadələri üzrə təqdim edilmiş məlumatlara əsasən açıqlanıb.