Azərbaycanın böyük şəhərlərində metro tikilə bilər?

“Metropoliten bir qayda olaraq əhalisinin sayı 1 milyondan artıq, sıx məskunlaşma olan şəhərlər üçün daha effektiv olur”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında əhalisi sıx olan digər şəhərlərdə metropoliten tikintinin mümkünlüyü haqda danışan “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, metro tikintisi üçün bundan əlavə olaraq, ictimai nəqliyyatın tənzimlənməsinin effektivliyi baxımından xüsusi araşdırılmalıdır:

“Bakı Metropoliteni QSC, adından məlum olduğu kimi, paytaxtda olan metropoliten sistemi ilə məşğuldur. Digər şəhərlərin infrastrukturu ilə bağlı artıq qərar verəcək və səlahiyyətli qurum Bakı Metropoliteni QSC deyil. Amma ümumən deyə bilərik ki, metropoliten bir qayda olaraq əhalisinin sayı 1 milyondan artıq, sıx məskunlaşma olan şəhərlər üçün daha effektiv olur.
Metro tikintisi üçün bundan əlavə olaraq ictimai nəqliyyatın tənzimlənməsinin effektivliyi baxımından xüsusi araşdırılmalıdır. Təbii ki, bu, kifayət qədər peşəkar yanaşma tələb edir və eyni zamanda, ictimai nəqliyyat sisteminə daxil olan nəqliyyat vasitələri arasından ən optimalı və uyğunu sərnişin rahatlığı, məmnunluğu və təhlükəsizliyini təmin edən ən uyğun sistemlər tətbiq edilməlidir. Eyni zamanda, bu, iqtisadi baxımından effektivliyi mümkün qədər təmin edilməlilir. Əsasən, bu prinsiplər nəzər alınır”.

İsmayıl Bakuvi

COP29