Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycanın bu rayonu 7 gündür, susuz qalıb – “Azərsu” isə yalan vədlər verir - VİDEO

Azərbaycanın ən isti rayonlarından biri olan Sabirabadda artıq 7 gündür əhaliyə su verilmir.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı əslən Sabirabaddan olan jurnalist Pərvanə Sultanova sosial şəbəkə hesabından paylaşıb.

Jurnalistin sözlərinə görə, “Azərsu” rəsmilərinin nikbin açıqlamalarına baxmayaraq, Sabirabada suyun verilməsi hələ də bərpa edilməyib:

“Bu gün artıq 7-ci gündür ki, Sabirabada su verilmir. Yayın istisində, Sabirabad kimi istidən od tutub yanan bir rayonda insanlar su üzünə həsrət qalıblar, içməyə su tapmırlar.

Zəng etmişəm, “Azərsu” deyilən qurumun qaynar xəttinə. Utanmadan deyirlər ki, su təminatı bərpa olunub. Amma məlum olur ki, yalan danışırlar. Problemin aradan qaldırılması heç kim üçün maraqlı deyil. Və bunun adı dərəbəylik”.

www.yenicag.az

907
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100