Azərbaycanın bu universitetində “Erməni dili” kursuna yenidən start verilir

UNEC-də “Erməni dili” kursuna yenidən start veriləcək.

Yenicag.az xəbər verir ki, Kursun məqsədi tədqiqatçılara Ermənistan mətbuatını mütəmadi izləmək, Ermənistanın mövcud iqtisadi durumu və gələcək vəziyyəti ilə bağlı erməni dilində olan mənbələrdən daha dolğun məlumat əldə etməklə analitik təhlil materialları hazırlamaq, həmçinin elmi məqalələrlə çıxış edərək, dünya ictimaiyyətini məlumatlandırmaq imkanı yaratmaqdır.

UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsi və Ermənistan İqtisadiyyatının Araşdırma Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək kurslara UNEC əməkdaşları ilə yanaşı, dövlət və özəl sektorların bu sahə üzrə araşdırma aparmaq potensialına malik olan tədqiqatçıları da qatıla bilərlər. Kurslar oktyabr ayından başlayacaq.

Ətraflı məlumat üçün əlaqə: (012) 492 57 31 (UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsi).

COP29