Azərbaycanın cənub bölgəsinin sürüşmə zonalarında aktivlik artdı – VİDEO

Son günlər havaların yağmurlu keçməsi sürüşmə zonalarında aktivliyi artırıb.

Yenicag.az xəbər verir ki, Milli Geoloji Kəşfiyyat Agentliyinin məlumatına görə, qeyri-sabit və yağmurlu hava şəraitindən sonra cənub bölgəsində lokal sürüşmə zonalarında aktivlik müşahidə olunur. Bildirilib ki, Lənkəran, Astara və Lerik rayonları ərazisində 12 lokal sahədə aktiv faza müşahidə olunur.

AMEA-nın Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev “Xəzər Xəbər”ə açıqlamasında deyib ki, xüsusilə yaz aylarında intensiv atmosfer çöküntülərinin baş verməsi sürüşməyə meyilli sahələrdə bu prosesin aktivləşməsinə təsir göstərib.

Onun fikrincə, intensiv yağıntılardan sonra Bakının bəzi sürüşmə zonalarına da diqqət artırılmalıdır.

Qeyd edək ki, hazırda ölkəmizdə 99 lokal sürüşmə sahəsi var. Son bir neçə ildə 46 yeni sürüşmə zonası müəyyən edilib.

COP29