Azərbaycanın 18 yaşadək oğlan və qızlardan ibarət çimərlik voleybolu üzrə milliləri Avropa çempionatında iştirak edəcəklər.
Azərbaycan Voleybol Federasiyasından Yenicag.az-a verilən məlumata görə, təmsilçilərimiz yarışın keçiriləcəyi Gürcüstanın Kaçreti şəhərinə yola düşüblər.
İyulun 10-14-də baş tutacaq çempionatda ölkəmiz bir qız (Səbinə Əlizadə/Lizi Latsabidze) və bir oğlan (Nəriman Bayramlı/Muhammad Aslanlı) komandası ilə təmsil olunacaq.
Qeyd edək ki, oğlanlardan ibarət komanda mübarizəyə əsas, qızlarımız isə təsnifat mərhələsindən qoşulacaq.