Azərbaycanın Çin peyvəndini seçməsinin SƏBƏBİ – TƏBİB açıqladı

TƏBİB Azərbaycanın COVID-19-a qarşı vaksinasiyanın aparılması üçün Çin peyvəndlərini hansı səbəbdən seçdiyini açıqlayıb.

TƏBİB-dən Yenicag.az-a verilən məlumata görə, peyvəndlərin istehsal olunduğu ölkə ilə klassifikasiya olunması doğru deyil:

“Diqqət yetirməli olduğumuz məqam peyvəndin hansı üsulla istehsal olunmasıdır. Peyvəndin istehsal üsulu təhlükəsizlik nöqteyi-nəzərindən əhəmiyyət kəsb edir”.

Qeyd edək ki, yanvarın 18-dən Azərbaycanda koronavirus infeksiyasına qarşı “Sinovak” vaksininin vurulmasına start verilib.