Azərbaycanın daha bir yunan-Roma güləşçisi Xasay Həsənli Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatının bürünc medalını qazanıb.
Yenicag.az xəbər verir ki, 77 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz üçüncü yer uğrunda görüşdə gürcüstanlı Temuri Orjonikidze ilə üz-üzə gəlib.
7:1 hesabı ilə qələbə qazanan Həsənli fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Qeyd edək ki, güləşçilərimizdən daha əvvəl Nihad Quluzadə (60 kq) bürünc, Rəşad Məmmədov (55 kq) isə gümüş medala sahib çıxıb.