Azərbaycanın dövlət büdcəsinin sosialyönümlü xərcləri 12 faizdən çox artdı

2022-ci ildə Azərbaycanda iqtisadi təsnifata uyğun olaraq dövlət büdcəsi xərclərinin 11 577,1 milyon manatı və yaxud 36,1%-i sosialyönlü xərclər (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq alınması xərcləri) olub.

Bu barədə Yenicag.az Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2021-ci illə müqayisədə 12,4% çoxdur.