unnamed (2)İstanbul Türkiyə Azərbaycan Dərnəyi (İSTAD) Azərbaycanın dövlət müstəqilliyinin 25-ci ildönümünü təntənəli bayram tədbiri ilə qeyd edib. Tuna Güvençin aparıcılıq etdiyi proqram təşkilatın İstanbulun Kadıköy səmtində yerləşən qərargahında keçirilib.

Türkiyə və Azərbaycan himnlərinin oxunması ilə başlayan tədbirdə İSTAD rəhbəri Səfər Qaraqoyunlu ilk çıxış edərək hər kəsin bayramını təbrik edib və Azərbaycanın dövlət müstəqilliyinin bərpasının tarixi haqqında qısa məlumat verib. Azərbaycanın müstəqilliyini ilk olaraq Türkiyə Cümhuriyyətinin tanıdığını vurğulayan S.Qaraqoyunlu iki ölkənin dost və qardaş münasibətindən bəhs edib. O qeyd edib ki, əsrlərə söykənən bu dostluq və qardaşlıq gələcəkdə də davam edəcək. Daha sonra müstəqil Azərbaycanın inkişfından danışan təşkilat rəhbəri ölkənin regionda nüfuzunun və əhəmiyyətinin getdikcə daha da artdığını bildirib. S.Qaraqoyunlu çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistandakı Metsamor atom elektrik stansiyasının bölgənin təhlükəsizliyini təhdid etməsindən də danışıb.

Daha sonra çıxış edən Yıldız Teknik Üniversitetinin professoru Adil Allahverdiyev, dosent İslam Manafzadə Azərbaycanın müstəqillik uğrunda apardığı mübarizəsindən, bu mücadilədə ziyalıların rolundan bəhs ediblər. Tədbir İrəvan xanının nəvəsi Turhan Turqut, tarixçi-yazıçı Mehmet Dağıstanlı və digərlərinin çıxışları ilə davam edib.
Bayram tədbirinə İstanbulda təhsil alan azərbaycanlı tələbələr, orada yaşayan soydaşlarımız, İSTAD üzvləri daxil olmaqla xeyli sayda izlə

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 16
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."