Azərbaycanın dövlət qurumlarında informasiya təhlükəsizliyi ilə bağlı boşluqlar 70%-ə yaxın artıb

Bu ilin yanvar-aprel aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən aparılan audit/pentest yoxlamaları və monitorinqlər nəticəsində dövlət qurumlarının 291 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanaraq, aradan qaldırılması üçün müvafiq bildirişlə dövlət qurumlarına göndərilib.

“Report”un XRİTDX-in məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, bir il əvvəlki göstərici ilə müqayisədə 52% artım deməkdir.

Təkcə aprel ayında 76 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb ki, bu da əvvəlki ayın göstəricisi ilə eynidir, bir il əvvəl ilə müqayisədə isə 69% çoxdur.

Xatırladaq ki, 2023-cü ildə dövlət qurumlarının 697 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb ki, bu da 2022-ci ilin göstəricisi ilə müqayisədə 142 ədəd və ya 26% çoxdur.

COP29