Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycanın Əfqanıstandakı sülhməramlılarının həyatı üçün təhlükə yoxdur – RƏSMİ

Kabil beynəlxalq hava limanının Azərbaycan sülhməramlılarının mühafizə və müdafiə etdikləri sektorunda hazırda gərginlik mövcud deyil.

Müdafiə Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, şəxsi heyətin həyatı üçün heç bir təhlükə yoxdur.

Qeyd edilir ki, bölgədə mövcud gərgin vəziyyətdən asılı olmayaraq Azərbaycan Ordusunun 120 nəfərdən ibarət sülhməramlı bölməsi Türkiyə qüvvələri ilə birlikdə hava limanının təhlükəsizliyini təmin etmək məqsədilə xidməti vəzifələrinin icrasını davam etdirir.

www.yenicag.az

167
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100