Azərbaycanın Əməkdar artisti dünyasını dəyişdi – FOTO

Rusiya və Azərbaycanın Əməkdar artisti Mutay Xadulayev dünyasını dəyişib.

Yenicag.az verir ki, 81 yaşlı sənətçinin ölüm xəbərini Dağıstanın mədəniyyət naziri Zarema Butaev yayıb.

Butaev Mutay Xadulayevin koronovirus infeksiyasına yoluxaraq vəfat etdiyini bildirib.

Qeyd edək ki, 1969-cu ildən Dağıstan “Ləzginka” Dövlət Akademik Rəqs Ansamblında çalışan M.Xadulayev orkestrə rəhbərlik edirdi. O, Dağıstanın Xalq artisti, Rusiya Federasiyası və Azərbaycan Respublikasının Əməkdar artistidir.