Azərbaycanın əməkdar artisti koronavirusa yoluxdu? – AÇIQLAMA

Əməkdar artist, tanınmış klarnet ifaçısı Vaqif Mirzəyevin koronavirusa yoluxması və karantində saxlanılması ilə bağlı xəbər yayılıb.

Yenicag.az xəbər verir ki, bunu Elgiz Əkbər canlı yayımda bildirib. O, efirə qoşulan izləyicilərin sənətçi ilə bağlı narahatlığını dilə gətirib.

Canlı bağlantıya qoşulan sənətçi xəbəri təkzib edib:

“Tez-tez belə yalandan söz çıxarırlar barəmdə. Yalandır. Oturmuşam evimdə”.

Nehru