Azərbaycanın əməkdar artisti vəfat etdi

Azərbaycanın əməkdar artisti Nazim Ağayev vəfat edib.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra 79 yaşında dünyasını dəyişib.

1939-cü il 2 yanvar tarixində Bakı şəhərində anadan olmuş Nazim Ağayev 1967-ci ildən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti işləyib. Misirdə, Vyetnamda, Polşada, İtaliyada, Maltada, Hindistanda, Bolqariyada, Macarıstanda qatrollarda olub.

Ə.Bakıxanovun dəvəti ilə xalq çalğı alətləri orkestrinin solisti olub. Ağası Məşədibəyovun rəhbərliyi ilə ansamblda çalışıb. 1978-ci ildən “Azkonsert” Dövlət konsert-qastrol birliyinin solisti olub.

Müxtəlif vaxtlarda yeddi bədii filmdə çəkilib.

Haqqında “Bəxtimə düşən sənət” sənədli filmi çəkilib.

1991-ci ildən təqaüddə idi. Heydər Əliyev fondunun təqaüdçüsü olan Nazim Ağayev 2009-cu ildə Azərbaycan Respublikası prezidentinin fərmanı ilə Əməkdar artist fəxri adina layiq görülmüşdü.

COP29