Azərbaycanın əməkdar artisti vəfat etdi – FOTO

Gəncə Dövlət Kukla Teatrının aktyoru, Əməkdar artist Nağəddin Məmmədov vəfat edib.

Yenicag.az ONA-ya istinadən xəbər verir ki, aktyor uzun sürən xəstəlikdən sonra 52 yaşında dünyasını dəyişib.

N.Məmmədov teatrda uzun müddət çalışıb. 2006-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə Əməkdar artist fəxri adı ilə təltif edilib. Bir çox beynalxalq festivalların iştirakçısı olub.