Azərbaycanın Əməkdar həkimi vəfat etdi

Əməkdar həkim, Azərbaycan Tibb Universitetinin Ailə təbabəti kafedrasının müdiri Mustafa Salihov vəfat edib.

Yenicag.az xəbər verir ki, o, 80 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, M.Salihov 1942-ci ildə Bakı şəhərində anadan olub. 1960-cı ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. İnstitutu bitirəndən sonra respublikamızın səhiyyə ocaqlarında həkim kimi çalışıb, 1971-ci ildə Aspiranturanı bitirən M. Salihov Azərbaycan Tibb İnstitutunun hospital terapiya kafedrasına assistent, sonra isə dosent vəzifələrinə seçilib. O, 1981-1984-cü illərdə Əlcəzairdə çalışıb. 1987-ci ildə Azərbaycanın baş terapevti vəzifəsinə təyin edilib. 2002-ci ildə ATU-nun Böyük Elmi Şurasının qərarı ilə poliklinik terapiya kafedrasının bazasında Azərbaycanda ilk dəfə “Ailə təbabəti kafedrası” təşkil olunub. M.Salihov kafedraya rəhbər təyin olunub. 2010-cu ildə ona Azərbaycanın Əməkdar həkimi fəxri adı verilib.

COP29