Azərbaycanın əməkdar məşqçisi vəfat etdi – FOTO

Azərbaycanın sərbəst güləş üzrə Əməkdar məşqçisi, SSRİ idman ustası Qiyas Məsimov 71 yaşında vəfat edib.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının Mətbuat katibi Sərxan Musayev məlumat verib.

Onun sözlərinə görə, Məsimov böyrək çatışmazlığından əziyyət çəkirdi.

Qeyd edək ki, Qiyas Məsimov son olaraq Abşeron rayonu Uşaq-Gənclər İdman Mərkəzinin direktoru vəzifəsində çalışıb.