!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın ən yaşlı seçicisi səs verdi - FOTOLAR

!Reklam – Yazi

Azərbaycanın ən yaşlı seçicisi səs verib.

Yenicag.az Report-a istinadən xəbər verir ki, üç əsrin şahidi olan 124 yaşlı Səmərqə Allahverdiyeva 94 saylı Bərdə kənd Seçki Dairəsinin Xəsili kənd tam orta məktəbində yerləşən 30 saylı seçki məntəqəsinə gələrək səsvermədə iştirak edib.

1894-cü il təvəllüdlü Səmərqə Allahverdiyeva deyib ki, 8 övladı, 60 nəvəsi, 87 nəticəsi, 17 kötücəsi var. Dəfələrlə Prezident, parlament və bələdiyyə seçkilərində iştirak edib. O, səsverməyə ailə üzvləri ilə birgə gəlib: “Qabaqcıl pambıqçı kimi müxtəlif döş nişanları ilə təltif edilmişəm. Bu gün 124 yaşda səsvermədə iştirak etdiyimə görə özümü xoşbəxt sanıram.”

Qeyd edək ki, 94 saylı Bərdə kənd Seçki Dairəsi üzrə qeydə alınan seçicilərin 1136-nın yaşı 80-100 arası, 10 seçicinin yaşı isə 100-dən yuxarıdır.

www.yenicag.az

2400
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv