Azərbaycanın FIFA referilərinin sırasına yenidən qadın hakim əlavə olundu

Azərbaycanın FIFA referilərinin sırasına yenidən qadın hakim əlavə olunub.

Yenicag.az xəbər verir ki, AFFA-nın rəsmi saytının yaydığı məlumata görə, Fəridə Lütfəliyeva 2023-cü ildən ölkəni beynəlxalq səviyyədə təmsil edəcək.

Kişi referilərdən Əliyar Ağayev və Elçin Məsiyev isə həm də FIFA dərəcəli VAR hakimləri kimi təsdiqlənib.

Qeyd edək ki, Azərbaycanın 2023-cü il üçün FIFA referilərinin siyahısında ümumilikdə 17 ədalət təmsilçisi yer alıb.