Azərbaycanın futzal millisi Qazaxıstan yığmasına məğlub oldu

Futzal üzrə Azərbaycan millisi DÇ-2024-ün elit mərhələsində növbəti oyununa çıxıb. Yığma komandamız III turda yer aldığı A qrupunun favoriti Qazaxıstanla qarşılaşıb.

Yenicag.az xəbər verir ki, Bakı İdman Sarayında baş tutan görüşdə Azərbaycan millisi rəqibinə 2:4 hesabı ilə məğlub olub.

Qeyd edək ki, qrupda növbəti turun oyunları oktyabrın 11-də keçiriləcək. Həmin gün bu komandalar Astanada üz-üzə gələcəklər.

COP29