Azərbaycanın hakim-inspektoru AÇ-nin oyununa təyinat aldı

Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Elçin Səmədli növbəti dəfə təyinat alıb.

Yenicag.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, futzal üzrə Avropa çempionatının əsas mərhələsinin İtaliya – Belarus oyununda iş başında olacaq.

İkinci qrupun birinci turu çərçivəsində keçiriləcək qarşılaşma yanvarın 30-da Kataniyada baş tutacaq.