Azərbaycanın həndbol millisi növbəti matçına çıxacaq

Azərbaycanın qadınlardan ibarət həndbol millisi 2024-cü ildə təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti matçına çıxacaq.

Yenicag.az xəbər verir ki, yığma Litvanın qonağı olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.

Millimiz fevralın 28-də rəqibini məğlub edib – 35:33.

Beşinci qrupda yer alan komandamız daha əvvəl Şimali Makedoniya (17:40) və İspaniyaya (18:38) uduzub.

Qeyd edək ki, İspaniya altı xalla liderdir. Şimali Makedoniyanın dörd, yığmamızın iki xalı var. Sonuncu sıradakı Litvanın isə xalı yoxdur.