Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəldi

İdman gimnastikası üzrə Azərbaycan millisinin üzvü Nazənin Teymurova Bolqarıstanın Varna şəhərində keçirilən “Challenge” seriyasına aid Dünya Kubokunda finala yüksəlib.

Azərbaycan Gimnastika Federasiyasından Yenicag.az-a verilən məlumata görə, o, dayaqlı tullanma proqramında həlledici mərhələdə iştirak hüququ qazanıb.

Bu gün start götürən Dünya Kubokuna mayın 26-da yekun vurulacaq.

COP29