!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın iki iri məmuru arasında şok qovğa – çoxillik ixtilafın pərdəarxası

!Reklam – Yazi

237899Azərbaycanın iki iri məmuru – iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevlə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) sədri Ramiz Həsənov arasında “soyuq müharibə” hökm sürür. Bu barədə Qaynar.info-ya hökumətə yaxın mənbələrdəm məlum olub.

Qaynaqlarımızın bildirdiyinə görə, əslində bu iki məmur arasında “sərin küləklər” bir neçə il əvvəldən əsməyə başlayıbmış: “Belə ki, hələ 2010-cu ildə Ramiz Həsənovun əmri ilə komitədə inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı təsdiq edilib. Sənədə əsasən komitənin sədri, aparatın rəhbəri, qanunvericilik və hüquq ekspertizası və daxili nəzarət şöbələrinin müdirlərinə müvafiq səlahiyyət verilib. Komitənin ərazi dövlət nəzarəti idarələrinin rəisləri və müavinlərinə də inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyət verilib. Bu o demək idi ki, komitənin səlahiyyətli şəxsləri istədikləri müəssisədə və istədikləri vaxt yoxlama apara bilər. Komitə sədrinin bu addımı müəssisələrdə yoxlamaların aparılmasına ümumi nəzarəti həyata keçirən İqtisadi İnkişaf Nazirliyinin haqlı narazılığına səbəb olub. Çünki o vaxtki qaydalara görə, belə yoxlamalarda mütləq nazirliyin təmsilçisi də iştirak etməli idi. Ancaq R.Həsənovun göstərişi ilə yoxlamalar nazirliyin xəbəri olmadan aparılıb”.


Şahin Mustafayev

Mənbələrimizin sözlərinə görə, 2011-ci ildən etibarən nazirlə komitə sədrinin qovğası daha da dərinləşib: “Şahin Mustafayev nümayişkaranə şəkildə SMPDK-nin apardığı yoxlamalara qarşı çıxıb. Buna Ramiz Həsənovun cavabı çox gecikməyib. O vaxt axırda Ramiz Həsənov mətbuat vasitəsilə Ş.Mustafayevin iradlarına sərt cavab verməyə məcbur olmuşdu”.

Qaynar.info-nun araşdırmasına görə, söhbət, R.Həsənovun 4 il öncə verdiyi aşağıdakı açıqlamadan gedir: “Şahin müəllim deyir ki, digər qurumlar yoxlama aparan zaman orada mütləq İqtisadi İnkişaf Nazirliyinin də nümayəndəsi iştirak etməlidir. Amma mən bu fikirlə razı deyiləm. Çünki biz istehsal prosesinə yox, istehsal olunmuş məhsulun keyfiyyətinə nəzarət edirik, onun nə dərəcədə standartlara cavab verdiyini yoxlayırıq. Bir misal deyim: tutaq ki, elektrik şəbəkəsinin işçisi abonentin sayğacını yoxlayır. Əgər sayğaca müdaxilə olunubsa, yerində cərimə və sanksiya tətbiq edilir. Bu halda elektrik şəbəkəsi işçisinin kiminləsə birgə bu prosesdə iştirak etməsinə ehtiyac varmı? Bu, bir müqayisədir. Bir daha deyirəm ki, biz istehsal prosesini yox, hazır məhsulun keyfiyyətini yoxlayırıq. Əgər məhsul keyfiyyətli çıxırsa, ona sənəd veririk”.


Ramiz Həsənov

Həmin vaxt komitə sədrinin sözləri faktiki olaraq, Şahin Mustafayevə “meydan oxumaq” kimi dəyərləndirilmiş və R.Həsənovun nazirin iradəsi ilə hesablaşmaq istəməməsinin açıq nümayişi kimi qiymətləndirilmişdi.

Mənbələrimizin sözlərinə görə, sonrakı periodda nazirlə komitə sədri arasında ixtilaf xeyli yumşalmış, hətta unudulmuşdu. Amma son vaxtlıar adıçəkilən komitənin ləğv edilməsi və bu qurumun səlahiyyətlərinin İqtisadiyyat və Sənaye Nazirliyinə (İSN) veriləcəyi yönündə iddiaların intensivləşməsi iki iri məmurun maraqlarını növbəti dəfə toqquşdurub. Bildirildiyinə görə, R.Həsənov əlindəki bütün resursları rəhbəri olduğu komitənin qorunub-saxlanılmasına yönəldib.

Müstəqil iqtisadçı ekspertlərin əksəriyyəti isə SMPDK-nin mövcudluğunu yersiz hesab edir, bu dövlət komitəsinin səlahiyyətlərinin Şahin Mustafayevin nazirliyinə verilməsini ən doğru qərar olaraq dəyərləndirirlər. Xüsusilə İSN-in Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin səlahiyyətləri ilə adıçəkilən komitənin səlahiyyətləri arasında yaxınlığa diqqət çəkən mütəxəssislər, onların eyni çətir altında birləşdirilməsinin faydalı ola biləcəyini düşünürlər.

Bu isə R.Həsənovla Ş.Mustafayev arasında illərdən bəridir hökm sürən “soyuq müharibə”ni yenidən aktuallaşdırıb. İqtisadiyyat və sənaye nazirinin onun ayaqlarının altını “qazdığını” düşünən komitə sədri Ş.Mustafayevə qarşı müqavimətini artırıb. İndidən prosesin nə ilə nəticələnəcəyini konkret demək çətindir. Odur ki, gözləyək…

Yenicag.az

www.yenicag.az

606
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv