!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın ilk saat markasının təqdimetmə mərasimi keçirildi - Fotolar/Video

!Reklam – Yazi

“VMF” şirkəti Azərbaycanın Müstəqilliyinin 100 illiyinə həsr etdiyi və şirkətin adını daşıyan “VMF” saatlarının təqdimat mərasimini keçirib.

Yenicag.az xəbər verir ki, tədbir “Bulvar Hotel”də baş tutub.

Tədbirdə tanınmış elm, sənət adamları, ictimai xadimlər və mətbuat nümayəndələri iştirak edib.

Şirkət tarixinin qısa xülasəsi ilə açıq elan olunan tədbirdə VMF saat kolleksiyaları təqdim olunub. VMF saatları “Klassik”, “Ənənə”, “Miras”, “Idman” və “Şəhər” kolleksiyalarından ibarətdir. Bu kolleksiyalara “Muğam”, “Ulduz”, “Miras”, “Irs”, “Tor”, “Eleqant”, “Naxış”, “Mirvari”, “Bulvar”, “Azman”, “Balans” ailələri daxildir.

VMF saatlarının uğur yolunda olanlara həsr olunduğunu qeyd edən şirkət, “VMF saatlarının Uğur Fəlsəfəsinin Elçisi” kimi muğam ustadı, tenor Mənsum Ibrahimovu elan edib.

Tədbirdə Mənsum İbrahimovun iştirakı ilə “Şuşanın dağları” mahnısı canlı ifadə olunub.

Saat kolleksiyalarının digər elçisi isə, rəqqasə baletmeyster Təranə Muradova seçilib.

Tədbirdə iştirak edən görkəmli yazıçı və siyasi xadim, millət vəkili Sabir Rüstəmxanlı bu saatların şirkətinin qurucusu Vahid Mustafayevin uğur yolunu ifadə etdiyini, böyük zövq və məharətlə işlənildiyini qeyd edib.

Daha sonra çıxış edən şirkətin qurucusu Vahid Mustafayev hər zaman yeniliklər üçün çalışdığını və VMF saatlarının istehsalı ilə Azərbaycanda bir ilkə imza atdıqlarından məmnunluq diəuyduğunu ifadə edib.

Tədbir ərzində hədiyyəli lotereya keçirilib və hər saat kolleksiyasından şanslı olan 12 nəfərə saatların ilk nümunələri hədiyyə edilib.

Sonda isə, Azərbaycanın görkəmli elm və ictimai xadimləri Çingiz Mustafayev Fondu tərəfindən diplom və dəyərli hədiyyələrlə təltif olunub.

www.yenicag.az

3002
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv