!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın iqtisadi potensialı və gözlənilən risklər: “Gələn il müəyyən çətinliklərin yaranması...” - VİDEO

!Reklam – Yazi

Bir sıra nüfuzlu araşdırma mərkəzləri 2020-ci ildə dünya iqtisadiyyatında qlobal rsiklərin artacağını proqnozlaşdırır.

Cari ilin son ayında ekspert mərkəzlərinin və aparıcı qlobal maliyyə institutlarının analitik hesabatlarında 2020-ci ildə qlobal iqtisadiyyatın inkişafı ilə bağlı mənfi proqnozlar üstünlük təşkil edib. Belə ki, Çin Bankı qlobal iqtisadiyyatın 2020-ci ildə məlum aşağı tendensiya ilə 2.6% böyüməsini proqnozlaşdırır. Həmçinin Çində ÜDM artımının 6,1% təşkil edəcəyi və bunun son 30 ildə ən aşağı temp olacağı gözlənilir.

Bununla yanaşı, Danimarkanın Saxo Bankının mütəxəssisləri ABŞ-da böyük büdcə kəsirinin olacağını, beynəlxalq ticarətin əhəmiyyətli bir hissəsinin Amerika dollarının digər valyutalara nisbətən yenidən qiymətləndirilməsini, habelə dolların qızılla müqayisədə 30% zəifləyəcəyini proqnozlaşdırırlar.

Mövcud proqnozlar fonunda İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Yenicag.az-a açıqlamasında 2020-ci ildə Azərbaycanın üzləşə biləcəyi qlobal riskləri dəyərləndirib:

Elşad Məmmədova görə, Azərbaycan iqtisadiyyatı gələn il müəyyən risklərə məruz qala bilər:

“Ekspert mərkəzləri gələn il qlobal iqtisadiyyatın yeni böhran dalğası yaşayacağını açıq şəkildə bildirirlər. Bu gözləntilər realdır və dünya bazarlarında kifayət qədər gərgin günlər gözlənilir.

2008-ci ildən etibarən dünya iqtisadiyyatındakı sistemli böhranın tam şəkildə aradan qaldırılması mümkün olmadı. Pul emissiyası genişləndirildi, amma dünya iqtisadiyyatının dərin struktur problemləri hələ də mövcuddur”.

İqtisadçı hesab edir ki, mövcud risklərdən yan keçmək üçün Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və muxtar rejimdə fəaliyyət göstərməsi məqsədəuyğundur:

“Azərbaycanın ehtiyat fondlarında valyuta komponentinin (dollar, avro, qızıl və s. nisbəti) diversifikasiyasına ciddi şəkildə ehtiyac var. Dolların xüsusi çəkisi tədricən azaldılmalıdır. Qızıla və daha dayanıqlı aktivlərə istiqamətlənmək düzgün seçim ola bilər.

Neft qiymətlərinin 2020-ci ildə bir barrel üçün 90 dollara qədər artacağı real görünmür. Ona görə də pul siyasəti ilə bağlı dəyişikliklər zəruri deyil”.

Mövzuya həsr olunmuş videomaterialı təqdim edirik:

Gülşən Şərif

www.yenicag.az

1192
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv