Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycanın İstanbula təyin olunmuş yeni baş konsulu kimdir? - DOSYE

Prezident İlham Əliyev iyulun 28-də Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında sərəncam imzalayıb.

Yenicag.az xəbər verir ki, sərəncama əsasən, Nərminə Elsevər qızı Mustafayeva Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilib.

Nərminə Mustafayeva daha əvvəllər jurnalist kimi fəaliyyət göstərib.

Belə ki, o, vaxtilə – 90-cı illərin sonu – 2000-ci illərin əvvələrində ANS televiziyasında müxbir kimi çalışıb, “Xəbərçi” proqramının aparıcısı olub. Həmin vaxtlar Nərminə Rüstəmova ad-soyadı ilə tanınan telejurnalist daha sonralar Prezident Adminsitrasiyasının Protokol xidmətində işləyib.

Nərminə xanım ailə qurandan sonra Mustafayeva soyadını götürüb.

Qeyd edək ki, 2016-2020-cı illərdə Azərbaycan Respublikasının İstanbulda baş konsulu olmuş Məsim Hacıyevin diplomatik xidmət müddəti başa çatıb./Modern.az/

www.yenicag.az

4352
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100