!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın ixrac missiyası fevralda Qətərə yola düşəcək

!Reklam – Yazi

148293189122618600_1000x669İqtisadiyyat Nazirliyi Qətər Dövlətinə ixrac missiyasının təşkilini elan edir. İxracatçılar ixrac missiyasında iştirak etmək üçün nazirliyə müraciət edə bilərlər.

Yeniçağ.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Qətərə ixrac missiyası fevralın 11-14-də baş tutacaq. İxrac missiyalarının əhatə etdiyi sektorlar – süd və süd məhsulları, ət və ət məhsulları, meyvə- tərəvəz, təbii mineral sular, meyvə şirələri, şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları, çay istehsalı, kosmetologiya məhsulları, kimya məhsulları, digər sənaye məhsullarıdır. İxrac missiyalarında iştirak edəcək ixracatçılar müsabiqə əsasında seçiləcəklər.

Müsabiqənin təşkilatçıları İqtisadiyyat Nazirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondudur (AZPROMO).

Müsabiqə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi kollegiyasının 2016-cı il 18 oktyabr tarixli 19 nömrəli qərarı ilə təsdiq edilmiş “Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası” əsasında yanvarın 26-da AZPROMO-da təşkil olunacaq. Ünvan: Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000. Elektron poçt ünvanı: [email protected]. Əlaqə telefonu: +99412 5980147/48.

Seçim meyarları: ixracatçının məhsulları üzrə istehsal potensialı 10 bal, məhsulların hədəf ölkəyə ixrac potensialı 10 bal, sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (2015-ci ildə ixrac etdiyi məhsullarının miqdarını göstərməklə 5 bal). Meyarların cəmi üzrə keçid balı minimum 20 baldır.

İxrac missiyalarında iştirak etmək üçün ərizə, sahibkarın istehsal potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar yanvarın 16-dək AZPROMO-ya təqdim edilməlidir.

Yeniçağ.Az

www.yenicag.az

594
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv