Azərbaycanın keçmiş səfiri Tələt Əliyev axtarışa verilib.
Yenicag.az xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) saytında məlumat yerləşdirilib.
79 yaşlı diplomat Cinayət Məcəlləsinin 179-cu maddəsi (mənimsəmə və ya israf etmə) üzrə təqsirləndirilir.
Qeyd edək ki, Tələt Əliyev 2001-2010-cu illərdə Azərbaycanın Ukraynadakı səfiri, 2002-2006-cı illərdə isə Belarus və Moldovada səfiri işləyib.