!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərbaycanın koronavirusla mübarizə tədbirləri digər ölkələr üçün də nümunədir”

!Reklam – Yazi

“Koronavirus pandemiyasının mənfi təsirlərinin aradan qaldırılması istiqamətində ölkəmizdə bir sıra tədbirlər görülür, xeyriyyə aksiyaları aparılır. Görülən işlər isə həqiqətən də adamda fəxarət hissi oyadır”.

Bunu Gəncə İdman Klubunun prezidenti Elvar Osmanov bildirib.

O bildirib ki, koronavirusa qarşı mübarizə tədbirlərinə başlanıldığı ilk gündən Prezident İlham Əliyev ölkə vətəndaşların sağlamlığının qorunmasını, koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsini bir nömrəli vəzifə kimi qarşıya qoyuldu, bütün diqqəti bu sahəyə yönəltdi. Əhalinin sağlamlığının qorunması və ilə bağlı tədbirlər haqqında Fərman imzalandı, Nazirlər Kabineti yanında Operativ Qərargah fəaliyyətə başladı, zəruri tibbi avadanlıqlar alındı, koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar müasir tibb müəssisələri ayrıldı, karantin zonaları yaradıldı. Ölkə Başçımızın, Birinci vitse-prezidentimizin bir illik əmək haqlarını, ardınca bir çox qurumların, özəl şirkətlərin və ayrı-ayrı şəxslərin koronavirus infeksiyasına qarşı preventiv addımların atılması üçün yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələr bağışlaması dövlətin və xalqın həmrəyliyini, birliyinin daha bir bariz göstəricisi oldu. Eyni zamanda Prezident İlham Əliyevin və Mehriban xanım Əliyevanın dünyanı cənginə alan virusun ölkəmizdə yayılmasının qarşısının alınması sahəsində vaxtında həssas münasibət göstərmələri, ölkə vətəndaşlarına müraciətləri xalqın pandemiya ilə mübarizəyə səfərbəyliyi üçün böyük stimul oldu.

Bunlarla yanaşı, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə modul tipli yeni xəstəxanaların tikintisinə başlanılıb, mart ayının sonunda istifadəyə verilmiş “Yeni klinika” müasir tibb müəssisəsi koronavirus xəstələrinin müalicəsi üçün ayrılıb. Eyni zamanda, virusla mübarizə sahəsində ölkədəki tələbatı qarşılamaq məqsədilə qoruyucu maska və digər zəruri tibbi ləvazimatların istehsalına başlanılıb.

Ümumiyyətlə isə bütün bu deyilənlər onu göstərir ki, Azərbaycanın koronavirusla mübarizə tədbirləri digər ölkələr üçün də nümunədir. Biz birlikdə güclüyük və bu mübarizədə qalib gələcəyik!

www.yenicag.az

287
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv