Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycanın məhsullarının ixrac olunduğu ölkələr

2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 17 milyard 830,3 milyon ABŞ dollarını təşkil edib və ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 22 faiz azalıb. Bu dövr ərzində ölkədən 10 milyard 6,8 milyon dollar həcmində məhsul ixrac edilib (2019-cu ilin yanvar-sentyabr ayları ilə müqayisədə 10 faiz azalma) ki, bu ticarət dövriyyəsinin 56,1 faizini təşkil edib. İdxalın həcmi 7 milyard 823,5 milyon dollar təşkil edib (38,7 azalma), bu da ticarət dövriyyəsinin 43,9 faizidir. 

Yenicag.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ixrac edilən məhsulların həcmi idxal olunan məhsulların həcmini üstələyib və nəticədə 2 milyard 183,3 milyon dollar məbləğində müsbət saldo yaranıb.

2020-ci ilin yanvar-sentyabr aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə isə 18,2 faiz azalaraq 1 milyard 282,4 milyon dollar təşkil edib.

2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 178 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 107 ölkəyə məhsul ixrac olunub, 167 ölkədən idxal olunub.

İxracın 29,5 faizini İtaliyaya, 19,9 faizini Türkiyəyə, 4,7 faizini Rusiyaya, 4,1 faizini Yunanıstana, 4 faizini Çinə, 3,9 faizini Hindistana, 3,6 faizini İsrailə, hər biri 3,5 faiz olmaqla Xorvatiya və Gürcüstana, 2,7 faizini Ukraynaya, 2,6 faizini İspaniyaya, 2 faizini Almaniyaya, 1,8 faizini Çexiyaya, hər biri 1,6 faiz olmaqla Tunis və İsveçrəyə, 11 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Qeyri neft-qaz məhsullarının ixracının 37,9 faizi Rusiyaya, 19,6 faizi Türkiyəyə, 12,9 faizi İsveçrəyə, 7,8 faizi Gürcüstana, 2,6 faizi Çinə, 2,3 faizi Ukraynaya, 1,8 faizi İtaliyaya, 1,6 faizi İrana, 1,5 faizi – Qazaxıstana, 1 faizi – Belarusa, 0,9 faizi – ABŞ-a, 0,9 faizi – Türkmənistana, 0,9 faiz – Almaniyaya həcmində qeyri neft-qaz məhsulları ixrac edilib.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,4 faizi Rusiya, 14,4 faizi Türkiyə, 13 faizi Çin, 6,7 faizi ABŞ, 5,3 faizi Almaniya, 4,2 faizi Fransa, 4 faizi Ukrayna, 3,9 faizi İtaliya, 2,8 faizi Böyük Britaniya, 2,7 faizi İran, 1,9 faizi Yaponiya, 1,7 faizi Koreya, 21 faizi isə digər ölkələr ilə aparılmış əməliyyatlarının payına düşüb.

www.yenicag.az

306