Azərbaycanın məşhur aktyoru vəfat etdi – FOTO

Tanınmış aktyor Fikrət Məmmədov vəfat edib.

Yenicag.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Qeyd edək ki, F.Məmmədov uzun müddət idi ki, bir neçə xəstəlikdən əziyyət çəkirdi.

O,  “Axırıncı reys” (1989), “Bağlı qapı” (1981), “Bayquş gələndə” (1978), “Cin mikrorayonda” (1985), “Çarə” (1981), “Doğma sahillər” (1989), “Əlaqə” (1989), “Fəryad” (1993), “Fırıldaqçı” (1983), “Gözbağlıcı” (1986), “Gümüşgöl” əfsanəsi (1984), “Güzgü” (1990), “Hədiyyə” (1986) və başqa filmlərdə yer alıb.