!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycanın məşhur filmi ilə bağlı ŞAD XƏBƏR – AÇIQLAMA

!Reklam – Yazi

Azərbaycan milli kinosunun incilərindən sayılan məşhur “İstintaq” filmi Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən III Lendok Beynəlxalq Film Festivalında nümayiş olunacaq.

Bu barədə Yenicag.az-a Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasından məlumat verilib.

“İstintaq” avqustun 21-dən 24-nə kimi keçiriləcək festivalın ilk günündə tamaşaçılara təqdim olunacaq.

Qeyd edək ki, “Azərbaycanfilm” Kinostudiyasında 1979-cu ildə lentə alınan “İstintaq” filminin rejissoru Rasim Ocaqov, ssenari müəllifi isə Rüstəm İbrahimbəyovdur. Baş rollarını Aleksandr Kalyagin, Həsən Məmmədov və Şəfiqə Məmmədovanın ifa etdiyi film SSRİ Dövlət mükafatına layiq görülüb.

Festivalın “Onlayn platformalar üçün oyun serialları” kateqoriyası üzrə qiymətləndirmənin üzvlərindən biri də “Azərbaycanfilm” Kinostudiyasının direktoru Nazim Hüseynovdur.

Cəvahir

www.yenicag.az

292
Ads
www.veteninfo.com
!Reklam – Arxiv