Azərbaycanın məşhur yazıçısının qızından TÜKÜRPƏDƏN FAKT: “Atamı öldürmək üçün evə salıb…” – ÖZƏL – Yenicag.Az

Reklam

Reklam

Bu gün Azərbaycan ədəbiyyatına “Çaldıran döyüşü”, “Xudafərin körpüsü” “Təbriz namusu”, “Qarlı aşırım” (bu əsərin əsasında “Axırıncı aşırım” bədii filmi çəkilib), “Qoca qartalın ölümü” kimi möhtəşəm əsərlər bəxş edən, görkəmli yazıçı Fərman Kərimzadənin doğum günüdür.

Böyük yazıçının qızı Yeganə Kərimzadə atası ilə bağlı heç yerdə demədiyi sirləri Yeniçağ.az-a danışıb.

“Bu gün atamın doğum günüdür, sabah anamın 40 mərasimi – mənim üçün ağır günlərdir. Atamla bağlı o qədər xatirələrim var ki… Fərman Kərimzadə torpağına, elinə-obasına hədsiz bağlı insan idi. Doğulduğu Böyük Vediyə son gedişi indi də gözümün qabığındadır. Ürəyinə də dammışdı ki, o torpaqlara bir də ayaq basa bilməyəcək. Məni də özüylə aparmışdı. Şəhərdə böyümüşdüm deyə, atam doğma elinin hər qarışını, hətta dağ keçilərini belə mənə göstərirdi. İnsanlar onu hədsiz dərəcədə çox sevirdi, doğma adamı kimi qarşılayırdı. Dağa çıxdıq, gördüm ki, atam bir az aralıda torpağın üstünə uzanıb, əllərini də yana açıb. Əvvəl qorxdum, elə bildim nəsə olub. Qışqırdım ki, ata, niyə səsimə səs vermirsən? Gözünü açdı və dedi ki, axırıncı dəfə bu torpaqda uzanıram, kaş ölüb burda qalaydım”.

Y. Kərimzadə atasına qarşı çox haqsızlıqlar olduğunu da dedi:

“Atamı istəməyənlər, paxıllığını çəkənlər də çox idi. “Axırıncı aşırım” filmi çəkiləndən sonra onu aradan götürmək istəyirdilər. Bu məqsədlə xüsusi sui-qəsd planı da hazırlanmışdı. Plana görə atamın qonaq olacağı bir evdə onu qətlə yetirəcəkdilər. Həmin vaxt evin gəlini onu xilas edib. Deyib ki, tez burdan qaçın, yoxsa sizi öldürəcəklər. Səbəb də bu idi ki, Axırıncı aşırım” filmini qəbul eləmirdilər”.

Qızı böyük yazıçının son arzusunu da dilə gətirib:

“Atamın ən böyük arzusu qardaşımı evləndirmək idi. Cünki yeganə oğul övladını hədsiz cox istəyirdi ona nişan taxsın, toy eləsin. Amma bu arzusunu özüylə məzara apardı”.

 

Cəvahir Səlimqızı

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 82
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."