“Artıq dekabrdan sonra meyvə ixracatında əldə edilən göstəricilər əsasında qiymətləndirmə aparmaq mümkün olacaq”.
Bu fikirləri Azərbaycanın cari il üçün ixrac göstəricilərinə yönəlik dəyərləndirmə aparan Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynov Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, ilin sonuna qədər olan müddət meyvə yığımı prosesində intensiv dövr hesab edilir:
“Kənd təsərrüfatı məhsullarının kütləvi yığımına indilərdən başlanılır. Əsasən, daha çox xurmanın şüşburun növü, nar, heyva və digər məhsulların yığımına artıq start verilib.
İlin sonuna qədər olan müddət meyvə yığımı prosesində intensiv dövr hesab edilir. Ölkənin kənd təsərrüfatı məhsulları daha çox Rusiya bazarlarına ixrac olunur. İndiki məqamda məhsulların ixrac prosesi ilə bağlı konkret məlumat demək hələlik çətindir.
Artıq dekabrdan sonra meyvə ixracatında əldə edilən göstəricilər əsasında ötən illərlə nisbətdə məhsuldarlıq səviyyəsini qiymətləndirmək, eləcə də sözügedən sahədə azalma və artımın müqayisəli təhlilindən danışmaq mümkün olacaq”.
Yusif Səmədzadə