!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə verilən Prezident təqaüdünün məbləği artırıldı

!Reklam – Yazi

Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə, şəhid ailələrinə, eləcə də ümumi xəstəliklə, hərbi xidmət dövründə xəstələnmə ilə, əmək zədəsi və peşə xəstəliyi ilə, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə bağlı səbəblərdən I dərəcə əlilliyi olanlara verilən Prezident təqaüdünün məbləğləri artırılıb.

Yenicag.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərmanlar imzalayıb.

Fərmana əsasən:

– Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə verilən Prezident təqaüdünün məbləği 1500 manatdan 1800 manata;

– şəhid ailələrinə verilən Prezident təqaüdünün məbləği 300 manatdan 500 manata;

– xəstəliklə, hərbi xidmət dövründə xəstələnmə ilə, əmək zədəsi və peşə xəstəliyi ilə, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə bağlı səbəblərdən I dərəcə əlilliyi olan şəxslərə verilən Prezident təqaüdünün məbləği 100 manatdan 130 manata artırılıb.

www.yenicag.az

460
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv