!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın nəqliyyat layihələri Banqladeşi də maraqlandırıb

!Reklam – Yazi

Banqladeş Azərbaycanın “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizləri kimi nəqliyyat layihələrində maraqlıdır.

Yeniçağ.Az xəbər verir ki, bunu Trend-ə Banqladeşin Azərbaycandakı səfiri Allama Siddiki deyib.

Səfir qeyd edib ki, bu layihələr ölkələri birləşdirə və ticarəti asanlaşdıra bilər.

Səfir həmçinin qeyd edib ki, hər iki ölkə mədəni və tarixi əlaqələrə malikdir.

Onun sözlərinə görə, Azərbaycan və Banqladeş qarşılıqlı səmərəli ticarət əlaqələrini inkişaf etdirə bilər. Xüsusilə də Banqladeş Azərbaycana dərman preparatları, geyim məhsulları və ayaqqabı ixrac edə bilər.

Səfir bildirib ki, Banqladeşdə həmçinin qoyunçuluq, dulusçuluq sənayesi və digər sahələr inkişaf edib və Banqladeş bu sahələrdə təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır.

A.Siddikinin sözlərinə görə, ikitərəfli əməkdaşlıq üçün perspektivli istiqamətlərdən biri də turizmdir.

O deyib: “Azərbaycan öz unikal mədəniyyəti və tarixi ilə banqladeşli turistlər üçün maraqlı istiqamət ola bilər. Biz çalışacağıq ki, Banqladeşdən Azərbaycana turist sayını artıraq. Şəqrlə Qərb arasındakı yolların kəsişdiyi Azərbaycan turistlər üçün çox şey təklif edə bilər”.

Yeniçağ.Az

www.yenicag.az

602
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv