Azərbaycanın onlarla yük maşını Dağıstan ərazisində qalıb.
Yeniçağ.az istipress-ə istinadən xəbər verir ki, Rusiyaya böyük tonnajlı yük daşıyan maşınların sürücüləri “Platon” sisteminə etiraz edirlər.
Dağıstanda magistral yolu bağlayan etirazçılar Azərbaycandan olan həmkarlarını da saxlayıblar.
Genişmiqyaslı etiraz aksiyasına Sankt-Peterburq, Orenburq, Həştərxan, Amur, Udmurtiya vilayətlərinin sürücüləri də qoşulub. Sürücülərin aksiyası yollarda böyük tıxaclar yaradıb.
“Platon” sisteminə görə çəkisi 12 tondan ağır olan maşınların sürücülərindən hər kilometrə əlavə pul ödəməlidir.
Yeniçağ.az