Azərbaycan Respublikasının Kosmik Agentliyi “Azərkosmos” Publik Hüquqi Şəxs ““Azersky” peykinin sığortalanması xidmətlərinin satın alınması” ilə bağlı keçirdiyi tenderi yekunlaşdırıb.
Yenicag.az Dövlət satınalmalarının vahid interner portalına istinadən xəbər verir ki, tenderin qalibi “PAŞA Sığorta” ASC-dir.
“Azərkosmos” qalib şirkət ilə məbləği 517 min 900 manat olan müqavilə imzaalyıb.
Xəbər verdiyimiz kimi, 2022-ci ilin Oktyabr ayında “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxs “Azerspace-2” peykinin sığortalanması xidmətlərinin satın alınması ilə bağlı keçirdiyi tenderi yekunlaşdırmış və tenderin qalibi “Qala Sığorta” ASC olmuşdur. “Azərkosmos” qalib şirkət ilə məbləği 865 min 300 manat olan müqavilə imzalamışdır. Müqavilə müddəti bir ildir (26.09.2022 – 26.09.2023). Sığorta olunacaq əmlakın dəyəri 81 milyon ABŞ dollarıdır.