!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərbaycanın qanunlarına hörmət etmək hər kəsin borcudur”- Azay Quliyev

!Reklam – Yazi

“Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər etmiş Rusiya və İsrail vətəndaşı, bloqqer Aleksandr Lapşinin Belarusdan Azərbaycana ekstradisiya edilməsi mühim hadisədir”.

Yeniçağ.az-ın məlumatına görə, bu fikirlər Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev deyib. Onun sözlərinə görə, Lapşin 2011-ci ilin aprelində və 2012-ci ilin oktyabrında Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edərək separatçı rejimin təbliğatı ilə məşğul olub:

“Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edən bu şəxs haqqında Baş Prokurorluğun Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri ilə cinayət işi açmasını və göndərilən sorğuya əsasən Belarusda həbs edilərək ölkəmizə təhvil verilməsini tələb etməsini alqışlayıram. Belarusun hüquq mühafizə orqanlarına və şəxsən prezident Lukaşenkoya göstərdiyi prinsipilallığa görə təşəkkür edirəm. Bu hadisə Azərbaycanın ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığı prinsipinə hörmətsizlik edən və ya etmək istəyən hər kəs üçün ciddi bir dərs olacaq və bundan sonra belə bir qanunsuz əməllərə əl atmaq niyyətində olanları əvvəlcədən hərtərəfli düşünməyə vadar edəcək”.

A.Quliyev qeyd edib ki, Azərbaycanın qanunlarına hörmət etmək hər kəsin borcudur: “Ölkəmizə qarşı cinayət törədən istənilən şəxs bilməlidir ki, onlar gec və ya tez ədalət mühakiməsi qarşısında cavab verməli olacaq və layiq olduqları cəzanı alacaqlar”.

Yeniçağ.az

www.yenicag.az

789
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv