!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın Qırğızstandakı Səfirliyi Novruz tədbirində iştirak edib

!Reklam – Yazi

ed34d1ee-5ff8-44ae-9141-d6e1ac519a61Azərbaycan Respublikasının Qırğız Respublikasında Səfirliyi Qırğız Respublikasının Xarici İşlər Nazirliyi və Bişkek şəhəri Meriyası tərəfindən təşkil olunan Novruz bayramı ilə əlaqədar Bişkekin əsas “Ala-Too” meydanında baş tutan xeyriyyə tədbirində iştirak edib.

Tədbirdə Qırğız Respublikası Prezidenti Aparatının təmsilçiləri, Hökumətin üzvləri, Qırğız Respublikasının Xarici İşlər naziri Erlan Abdıldayev, Jokorku Keneşin (Parlamentin) deputatları, Bişkek şəhərinin meri Albek İbraimov, bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, ictimai-siyasi xadimlər, yaradıcı ziyalılar və Qırğızstanın kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak etmişlər.

Tədbirdə Azərbaycan ilə yanaşı Türkiyə, ABŞ, Qazaxstan, Hindistan, İtaliya, Çin, Tacikistan, Rusiya, Pakistan, Özbəkistan, Ukrayna səfirlikləri və bir sıra şirkətlər iştirak ediblər.

 Tədbirin əsas məqsədi Qırğızstanın bir neçə kimsəsiz uşaqlar evinə yardımın göstərilməsi olub.

“Azərbaycan yurdu” (güşəsi) xüsusilə maraq doğurmuş, ölkə rəsmiləri də yurd ilə tanış olmuş, Bişkek şəhərinin meri bildirmişdir: “Novruz bayramı əvvəldən, hətta indi də ən yüksək səviyyədə Azərbaycanda qeyd olunur, mən bunun özüm şahidi olmuşam, “Azərbaycan yurdu” tam gerçəkliyi əks etdirir. ”

Milli mətbəximizin əvəzolunmaz yeməkləri, şirniyyatları və eləcə də tariximiz, mədəniyyətimiz, adət-ənənələrimiz haqqında suvenirlər, kitablar, jurnallar, bukletlər tədbir iştirakçılarının böyük marağına səbəb olmuşdur.

Tədbirdə Azərbaycan Respublikasının Qırğız Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri Hidayət Orucov da iştirak etmişdir.

www.yenicag.az

740
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv