!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi müzakirə edildi

!Reklam – Yazi

Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov və Venesuela Bolivar Respublikasının Xarici İşlər üzrə Xalq Hakimiyyəti nazirinin müavini Ruben Dario Molinanın rəhbərliyi ilə iki ölkənin nümayəndə heyətləri arasında görüş keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə müzakirə edilən əsas mövzu Azərbaycanın 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına (QH) sədrliyi və 2019-cu ilin 25-26 oktyabr tarixlərində Bakıda keçiriləcək QH-nin Zirvə Toplantısı çərçivəsində Azərbaycanın bu təşkilata sədrliyin Venesueladan təhvil alması məsələsi olub.

Həmçinin 2016-cı ildə imzalanmış “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Venesuela Bolivar Respublikasının Xarici İşlər üzrə Xalq Hakimiyyəti Nazirliyi arasında siyasi məsləhətləşmələr mexanizminin yaradılması haqqında Anlaşma Memorandumu”nun müddəalarına uyğun olaraq məsləhətləşmələr çərçivəsində siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əlaqələr, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əməkdaşlıq, eləcə də digər qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

www.yenicag.az

824
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv