Azərbaycanın sabiq müdafiə naziri Rəhim Qazıyev polis tərəfindən saxlanılıb.
Yenicag.az xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım edilib.
Bildirilir ki, o, 25 dekabr saat 16:00 radələrində Bakının Nərimanov rayonunda yerləşən 17-ci polis bölməsinə aparılıb, hazırda da orada saxlanılır.
Onun hansı səbəbdən saxlanılması ilə bağlı məlumat verilməyib.