Azərbaycanın səhiyyə naziri Türkiyəyə səfər edəcək

Azərbaycanın səhiyyə naziri Teymur Musayev Türkiyəyə səfər edəcək.

Yenicag.az xəbər verir ki, oktyabrın 29-31-də nəzərdə tutulan səfər çərçivəsində nazir Türk Dövlətləri Təşkilatının təşkilatçılığı, Türkiyə Prezidenti Administrasiyasının himayəçiliyi altında keçiriləcək Türk Tibbi Dünya Konqresində iştirak edəcək.

Teymur Musayevin digər türkdilli dövlətlərdən olan həmkarları ilə ikitərəfli görüşlər keçirməsi də nəzərdə tutulub./Report/