Azərbaycanın sərbəst güləşçisi qələbə qazandı

Azərbaycanın sərbəst güləşçisi Osman Nurmaqomedov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.

Yenicag.az xəbər verir ki, 86 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində Monqolustandan olan Bat Erden Byambasurenlə üz-üzə gəlib.

Rəqibinə qalib gələn Nurmaqomedov (11:2) 1/4 finala vəsiqə qazanıb. O, növbəti raundda San Marino təmsilçisi Maylz Amin ilə görüşəcək.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

COP29